UEFA iki İspaniya nəhəngi "Real" Madrid ilə "Atletiko" Madrid arasında oynanacaq Çempionlar Liqası finalını idarə edəcək hakimi açıqlayıb.
Unikal.org xarici mediaya istinadən bildirir ki, bu nəhəng qarşılaşmada İngiltərə Futbol Federasiyasından Mark Klattenburq baş hakim olacaq.

Klattenburq bu mövsüm 6 Çempionlar Liqası qarşılaşmasına təyinat alıb.

İngilis hakim daha əvvəl "Atletiko"nun iki, "Real"ın isə bir qarşılaşmasını idarə edib.

Final mayın 28-də İtaliyanın Milan şəhərindəki "San Siro" stadionunda oynanacaq. "Liverpul" ilə "Sevilya" komandaları arasında oynanacaq olan Avropa Liqası finalını isə isveçli hakim Jonas Eriksson idarə edəcək.