İspaniya futbol çempionatının 31-ci turunda "Barselona"nın argentinalı hücumçusu Leonel Messi "Leganes"in qapısına üç qol vurub.

Unikal.org azərtac-a istinadən xəbər verir ki, bu, Messinin "katalonyalıların heyətində 40-cı, karyerasında isə 45-ci het-trikidir.

Argentinalı bundan əvvəl 29 dəfə İspaniya çempionatında, 7 dəfə UEFA Çempionlar Liqasında, 3 dəfə "Kral kubokunda və İspaniya super kubokunda het-triklə yadda qalıb. Leonel Messi bu sezon 30 matçda 29 qol vurub.

"Barselona" "Atletiko"nu 12 xalla qabaqlayır. Diego Simeonenin komandasının ehtiyatında bir oyunu var.