11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatı bu gün rayonun səhiyyə işçiləri ilə görüş keçirib. 

Unikal.org xəbər verir ki, görüşdə YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov, Milli Məclisin Deputatları Əliağa Hüseynov, Fəzail Ağamalı, Elm  və Təhsil Mərkəzi "Təfəkkür" universitetinin rektoru, professor Rahim Hüseynov, "Əməkdar müəllim" Yaqut Ələsgərova, YAP Salyan rayon təşkilatı icra aparatının rəhbəri Mirzə Mirzəyev, İdarə Heyətinin üzvü Yavər Cəbrayılov, Salyan rayon "Ziyalılar" birliyinin sədri Allahverdi Piriyev və YAP üzvü Rüstəm Məlikov iştirak ediblər.

Çıxış edənlər aprelin 11-də müstəqilliyimizin əbədi, sarsılmaz, vətənimizin daha da güclü və qüdrətli olması üçün hamılıqla Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.