Xəbər verdiyimiz kimi, bəzi KİV-lərdə "Sasbak-Trade MMC tikinti şirkətinin Nəsimi rayonundakı Ceyhun Səfərəliyev küçəsində yerləşən evlərin arasında diqqət çəkən "Park Kolizey adı ilə 16 mərtəbəli mənzil kompleksi ucaltmaq planı sakinlərdə hiddət doğurub. Bildirilir ki, "kolizeyçilərin" şirkəti güləş üzrə olimpiya çempionu Namiq Abdullayevə məxsusdur. Ancaq pəhləvan və Açıq Səhmdar Cəmiyyətinin sahibi özü heç vaxt ora baş çəkməyib, onun yerinə, necə deyərlər, sakinlərlə görüşə qardaşı Natiq Abdullayev gedib.

Namiq Abdullayev Unikal.org-a açıqlamasında bildirib ki, "Park Kolizeyin ona heç bir aidiyyatı yoxdur:

"Yazılanları oxudum. Barəmdə yayılan informasiya yalan və iftiradır. Hazırda dövlət işində çalışır və heç bir bizneslə məşğul deyiləm.

O, "Park Kolizeyin xəbərdə adı hallanan qardaşına məxsus olub-olmadığına da münasbət bildirib: "Qardaşımın evi və işi ayrıdır. Sözügedən qardaşımla heç bir əlaqəm də yoxdur. Ola bilər ki, qardaşım hansısa bizneslə məşğul olsun. Bunun mənə və nədəki işimə heç bir aidiyyatı yoxdur.

Aygün İlqarqızı