Türkiyə millisinin şərəfini qoruyan azərbaycanlı yüngül atlet Ramil Quliyev yerli mətbuata müsahibə verib.

Unikal.org xəbər verir ki, Quliyev müsahibə zamanı Türkiyədə özünü legioner kimi hiss etmədiyini deyib:

"Biz onsuz da, eyni millətik. Türk milləti məni qəbul etdi. Türkiyəni evim olaraq görürəm. Bayrağı daşımaq tam fərqli hissdi. O bayraq yüksəldikdə, tam fərqli hisslər keçirirsən. Stadionu məhz sən ayağa qaldırırsan. Başqaları gəlir, yarışır və gedir. Mən isə evimdəyəm və burdan başqa yerə getmirəm.

Xatırladaq ki, Ramil ötən il Türkiyəyə tarixi ərzində yüngül atletikada ilk qızıl medalı qazandırıb. O, çempionluq sevincini Azərbaycan və Türkiyə bayraqlarını qaldıraraq qeyd etmişdi.