Məşhur boksçu Floyd Meyvezer sui-qəsdə məruz qalıb.

Unikal.org xəbər verir ki, hadisə aprelin 9-da Atlantada "InterContinental otelinin yaxınlığında baş verib. Həmin vaxt Floyd iki avtomobilin müşayiəti ilə otelə qayıdırmış.

Bu zaman başqa bir avtomobil onlara yaxınlaşaraq atəş açıb. Boksçunun cangüdəni ayağından yaralanıb. Polis əmindi ki, bu, məqsədyönlü hücum olub. Polis hücum edənləri axtarır.

Meyvezer karyerası ərzində 50 görüşdə qalib gəlib.