Mövsümün sonunda "Mançester Yunaytedlə müqavilə müddəti bitəcək Maruan Fellaininin xidmətində digər İngiltərə nəhəngi "Liverpul da maraqlanır.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı Britaniya mətbuatı yayıb. Xəbərdə "qırmızıların belçikalı futbolçunun xidmətində maraqlı olduğu, mövsümün sonunda onu azad agent kimi heyətinə cəlb etməyi planlaşdırdığı qeyd edilib.

Xatırladaq ki, Türkiyənin "Beşiktaş klubu da Fellaini heyətinə qatmaq fikrinə düşüb.