"Bavariyanın baş məşqçisi Yupp Haynkes komandanın gənc müdafiəçisi Niklas Züle barədə danışıb.

Unikal.org xəbər verir ki, 72 yaşlı mütəxəssis Almaniya mətbuatına açıqlamasında Zülenin tezliklə Avropanın ən yaxşı müdafiəçilərindən olacağını deyib:

"Ona baxanda, super ulduz olacaq bir futbolçu görürəm. Doğrudan, Züle dünya ulduzudu. Bir neçə ilə Avropanın ən yaxşı müdafiəçilərindən olacaq.

Xatırladaq ki, "Bavariya 22 yaşlı futbolçunu mövsümün əvvəlində "Hoffenhaymdan transfer edib. Züle cari mövsümdə 32 oyunda şans qazanıb.