Bu mövsüm Çempionlar Liqasında ən çox gəlir əldə edən klublar məlum olub.

Unikal.org-un İspaniyanın "AS" nəşrinə istinadən verdiyi məlumata görə, "Qarabağ" klubu cari mövsümdə 15.7 milyon avro qazanıb və bu nəticə ilə 25-ci pillədə qərarlaşıb.

Siyahıya 33,59 milyon avro ilə İngiltərənin "Liverpul" klubu başçılıq edir. Bu ölkənindigər təmsilçisi "Mançester Siti" Almaniyanın "Bavariya" klubuilə birgə33.36 milyon avro gəlirlə 2-3-cü yerləri bölüşdürürlər.

Qeyd edək ki, "Qarabağ" bu siyahıda Almaniyanın "Borussiya" (Dortmund), Fransanın "Monako", Portuqaliyanın "Benfika" və Hollandiyanın "Feyenord" klublarını geridə qoyub.