Xəbər verdiyimiz kimi, mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun 29-30-cu kilometrliyində salınan yaşıllıq
 
sahəsində Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər .

Həmin tədbirdən lentə alınan Leyla Əliyevanın fotosundakı şəxsin kimliyi müzakirələrə səbəb olub.

"Qafqazinfo" foto ilə bağlı dəqiqləşdirmə aparıb. Məlum olub ki, fotoda yer alan şəxs prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyevdir.

Onu da əlavə edək ki, Leyla Əliyevanın bibisi oğlu Azər Əliyev artıq yaşamaq üçün Azərbaycana köçüb.