Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermənin ilkin nəticələri açıqlanıb.

Unikal.org-un xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib ki, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,09 % səslə qalib olub.

Seçkilərdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 3,04 %; öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 3,07 %; Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu - 2,97 %; Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1,4%; Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev - 1,51%; Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev - 1,18%; - "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev - 0,74% səs toplayıb.

Xatırladaq ki, seçkilərdə ölkə üzrə olan 5 milyon 314 min 365 seçici iştirak edib. Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermənin 2 milyon 667 min 720 bülleten sayılıb. 3675 seçki məntəqəsi hesabat verib.