20 May 2019
19 May 2019
Zahid Oruc Qüdrət Həsənquliyevi üstələdi - FOTO
Zahid Oruc Qüdrət Həsənquliyevi üstələdi - FOTO Prezident Seçkiləri 12:33 2018-04-12

Aprelin 11-də keçirilən prezident seçkilərində 125 seçki dairəsi üzrə 5 min 641 seçki məntəqəsinin hamısı hesabat verib.

Unikal.org-un məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bunu bu gün keçirilən mətbuat konfransında bildirib.

MSK sədri deyib ki, 3 milyon 962 min 123 bülletendən 3 milyon 962 min 96 bülleten sayılıb.

Beləliklə, emal olunmuş bülletenlərə əsasən, İlham Əliyev 86,3 faiz, Zahid Oruc 3,11 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz və Razi Nurullayev 0,74 faiz səs toplayıb.

"Prezident seçkilərində 3 milyon 962 min 123 seçici səs verib".

MSK sədri deyib ki, səslərin 99,68 faizi etibarlı, 0,32 faizi etibarsız sayılıb.