14 Dekabr 2018
VAZ KamAZla toqquşdu - ölən var
HADİSƏ 14:28 2018-04-16
  • A

Bakı şəhərində minik avtomobili yük maşını ilə toqquşub.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən Bakı şəhərinin Qaradağ rayonunda "VAZ markalı minik avtomobili və "KAMAZ markalı yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü, 1984-cü il təvəllüdlü Qasımov Mansur Yasən oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıblar.