Bu ilin fevralında Dubayda azərbaycanlı milyarder Fərhad Əhmədovun 540 milyon dollar dəyərində olan superyaxtasına silahlı polislər tərəfindən basqın edilib. Bu sensasion məlumatı Birləşmiş Ərəb Əmirliklərinin ingilisdilli "Gulf News nəşri yayıb. Nəşrin məlumatına görə Dubayın beynəlxalq maliyyə mərkəzinin məhkəməsi (DİFC) London məhkəməsinin çıxardığı qərar əsasında milyarderin yaxtasına müvəqqəti həbs qoyub.

Əhmədovun vaxtilə Roman Abramoviçdən aldığı "Luna adlı 9-mərtəbəli, vertolyot meydançasına və iki üzmə hovuzuna malik 115 metrlik yaxta həmin vaxtdan bəri Dubayın "Port Rashed limanında həbs altında saxlanılır. Biznesmen apellyasiya verir Ötən həftənin çərşənbə günü-aprelin 11-də DFİC məhkəməsi biznesmenin ailə trastına yaxtaya həbs qoyulması barədə qərardan apelyasiya vermək haqqı verib.

Yaxtaya həbs qoyulması London məhkəməsində Fərhad Əhmədovun keçmiş arvadı tərəfindən qaldırılmış boşanma təzminatı işi ilə bağlıdır. Bu qalmaqallı təzminat iddiasına dair məhkəmə işindən virtualaz.org ötən il geniş yazıb. Xatırladırıq ki, London məhkəməsi biznesmenin hələ 2001-ci ildə Rusiya qanunları əsasında bu ölkədə rəsmən boşandığı keçmiş arvadı Tatyana Əhmədovanın 15 il sonra qaldırdığı iddiaya baxaraq F.Əhmədovun ona az qala 600 milyon dollar təzminat ödəməli olduğu barədə qərar çıxarıb. Biznesmen məhkəmənin bu qərarını tanımadığını və bir sent də ödəməyəcəyini bəyan edib.

Onun bəyan etdiyi kimi London məhkəməsinin ümumiyyətlə bu iddiaya baxmaq səlahiyyəti yox idi. Çünki nigah münasibətlərində olmuş tərəflərdən hər ikisi Rusiya vətəndaşıdır, bu nigah Rusiyada bağlanıb və bu ölkənin qanunları əsasında pozulub. Tatyana "Lunanın izinə düşür Lakin Tatyana Əhmədovanın vəkilləri London məhkəməsində biznesmenin aktivlərinə həbs qoyulmasına dair qərar çıxarılmasına nail olublar. Bu ilin martında keçirilən prosesdə Tatyana Əhmədovanın vəkilləri bildiriblər ki, biznesmen hələ barəsində çıxarılmış təzminat qərarını yerinə yetirməyib və ən qiymətli aktivi olan "Luna yaxtasını Panamada qeydiyyatdan keçmiş şirkətin adına keçirərək etibarlı şəkildə ingilis yuridiksiyasından gizlədib.

Qeyd edək ki, London məhkəməsində Tatyananın iddiası əsasında gedən prosesdə Fərhad Əhmədov özü heç vaxt iştirak etməyib. Onun maraqlarını vəkillər qoruyub. Qərar da biznesmenin özünün iştirakı olmadan çıxarılıb. Britaniya agentləri Əhmədovun əmlakını müsadirə etmək üçün Dubaya gedir Britaniya məhkəmələrinin adından hərəkət edən agentlər isə Əhmədovun yaxtasına həbs qoyulması üçün DFİC məhkəmələrinə müraciət ediblər. Bu müraciət əsasında DFİC hakimi fevralın 8-də iddianı təmin edib və Dubay polisi zorakı şəkildə yaxtaya daxil olaraq biznesmenin əmlakına həbs qoyub. Lakin yaxtanı hərracda satıb pulunu Tatyana Əhmədova və vəkilləri arasında bölüşdürmək üçün DFİC 

"Gulf Newsa müsahibəsində Əhmədov bildirib ki, o və keçmiş arvadı Rusiyada 2000-ci illərin əvvəllərində boşanıblar. Bu da Böyük Britaniyanın iki Rusiya vətəndaşı arasında mülki mübahisəyə qarışmasının və yaxtanın həbsi barədə çıxarılan qərarın legitimliyini sual altına alır.

Milyarder deyib: "Biz nigaha daxil olanda hər ikimiz Rusiya vətəndaşları olmuşuq. Habelə 2000-ci ildə nigahımız pozulanda da Böyük Britaniya yox, Rusiya vətəndaşları idik. Həmin vaxtdan bəri mən keçmiş arvadımın dəbdəbəli həyat tərzi keçirməsini təmin etmişəm. Ona iki oğlumun anası kimi lüks yaşayış şəraiti yaratmışam və bunun sübutları var. Lakin 12 il sonra London vəkilləri mənim keçmiş arvadımın şikayətini əsas götürərək İngiltərə Ali məhkəməsində iddia qaldırıblar. Nəşrin yazdığına görə Əhmədovun qanuni nümayəndələri yaxtanın geri qaytarılması və hələ də Dubayda olan 50 heyət üzvünün azad edilməsi üçün mübarizə aparacaq. "Kreml məruzəsi və Skripalların işi: Əhmədov Rusiya naminə döyüşür Fərhad Əhmədovun adı bu il fevralın sonlarında ABŞ Maliyyə Nazirliyinin hazırladığı və "Kreml məruzəsiində yer alıb. Həmin hesabat Rusiya hakimiyyətinə yaxın oliqarxların və Kreml elitasının aparıcı şəxslərinin çevrəsini müəyyən edirdi. Və siyahıda yer alanlara qarşı sanksiyaların tətbiq edilə biləcəyi elan olunmuşdu. O vaxt həmin "Kreml məruzəsiində adı yer alanlardan təkcə Fərhad Əhmədov ABŞ-ın bu hərəkətini tənqid etdi və bunu qəsbkarlıq cəhdi adlandırdı. Biznesmen bəyan etdi ki, bu siyahıya daxil edildiyinə görə şəxsən hüquqi mübarizəyə başlayacaq və ABŞ-da məhkəmə iddiası qaldıracaq. Daha sonra Böyük Britaniyanın Solsberi şəhərində keçmiş QRU polkovniki Sergey Skripalın və qızının zəhərlənməsinə görə Rusiyaya qarşı başladılan kampaniyada sinəsini qabağa verdi. Biznesmen istər Qərb, istər Rusiya KİV-lərində çıxış edərək Skripalların işini Moskvaya qarşı təxribat adlandırdı. Bu işin qurama olduğunu, keçmiş casusun zəhərlənməsinin arxasında Rusiyanın dayandığı barədə təbliğatı Moskvaya, prezident Putinə qarşı qəsd planlarının bir hissəsi olduğunu bildirdi. Və F.Əhmədovun Rusiyanı müdafiə etmək üçün ABŞ-a, Böyük Britaniyaya qarşı sinəsini qabağa verib döyüşməsinin cavabı özünü çox gözlətməyib. Britaniya özünün Dubaydakı rıçaqlarını işə salaraq biznesmenin əmlakını qəsb etməyə cəhd göstərib. Dubayda ingilis barmağı: DFİC-ə kim nəzarət edir Məsələ burasındadır ki, DFİC ingilislər tərəfindən yaradılmış strukturdur, bu strukturun hakimlərinin əksəriyyəti ingilislərdir. Nəticədə yaxta DFİC-in yuridikasiyası altında olmasa da ona müvəqqəti həbs qoyulub. Ötən il bu təzminat iddiası ilə bağlı qalmaqal başlayanda biznesmen öz vəkili vasitəsilə London məhkəməsinə təqdim etdiyi sənədlərdə rəsmən boşanandan sonra keçmiş arvadına hər il 3.6 milyon dollar ayırdığını, Sürrey qraflığındakı 22 milyon funt sterlinq dəyərində malikanəni ona bağışladığını, çoxsaylı avtomobil, qiymətli sənət əsərləri verdiyini bildirmişdi. Ərinə xəyanət edən Tatyana və şəriət qanunları Boşanmanın səbəbi isə Tatyana Əhmədovanın ərinə xəyanəti olmuşdu. Hansı ki, şəriət qanunları ilə idarə olunan Birləşmiş Ərəb Əmirliklərində bu əmələ görə qadını daş-qalaq edə bilərlər. Lakin şəriət qanunları ilə idarə edilən ölkədə ərinə xəyanət edən qadının tərəfini tutublar. Məlumdur ki, bir çox zənginlər, o cümlədən azərbaycanlı oliqarxlar öz aktivlərini Dubayın offşor zonalarında yerləşdirməyə üstünlük verirlər. London məhkəməsinin çıxardığı qərar əsasında Dubayda F.Əhmədovun əmlakına həbs qoyulmasından sonra bu aktivlərin nə dərəcədə etibarlı qorunduğuna da sual yaranır. Digər tərəfdən Dubay beynəlxalq maliyyə mərkəzi məhkəməsinin qərarı ərəb şeyxlərinin özlərini təhlükə altında qoymuş olur. Çünki ərəb şeyxlərinin arvadları da boşanma iddiasını London məhkəməsində qaldırmağa üstünlük verirlər. İngilis hüququ isə presedent hüququ üzərində qurulub. Yəni hansısa ərəb şeyxinin çoxsaylı arvadlarından biri onunla 6 ay-1 il yaşadıqdan sonra London məhkəməsində boşanma iddiası qaldıra və şeyxin sərvətinin yarısını bu presedent əsasında ələ keçirə bilər. Əhmədovdan nəyin qisasını alırlar Biznesmen xarici KİV-lərə açıqlamasında bildirir ki, London məhkəməsinin çıxardığı qərar və onun əsasında Dubay hakimlərinin verdiyi hökm onun əmlakını qəsb etmək, məhkəmə qərarı altında gizlənib soyğunçuluq həyata keçirmək cəhdidir. Motiv isə onun Skripalların işinə görə Böyük Britaniya hökumətinin, XİN-in Rusiyaya qarşı hücumlarına müqavimət göstərməsi, Londonun planlarını ifşa etməsidir. F.Əhmədovun sözlərinə görə, ingilislər Skripal oyununu Rusiyadakı prezident seçkiləri ərəfəsində ona görə başlatmışdılar ki, hakimiyyətə yaxın oliqarxlar Londonun sanksiyalarından, əmlaklarının dondurulmasından narazı qalıb Putini devirsinlər. Lakin bu təxribat baş tutmayıb. İndi isə belə görünür ki, Skripalların işində Londonu ifşa edən F.Əhmədovdan qisas almağa çalışırlar və bu işdə onun keçmiş arvadı ingilislərlə sövdələşməyə girib. F.Əhmədov təkcə "Skripalların işiində Qərblə açıq polemikaya girməyib. Xatırlatmaq lazımdır ki, bir neçə il əvvəl Rusiya qırıcısının vurulmasına görə Moskva ilə Ankara arasında korlanmış münasibətlərin bərpasında da onun rolu olmuşdu. Sonralar bu barədə danışan Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu Moskva ilə Ankara arasında münasibətlərin bərpasında Əhmədovun rolunu qeyd etmişdi. Əlbətdə, bu da Qərbin xoşuna gələ bilməzdi, axı Türkiyə ilə Rusiya arasında son illər güclənən strateji tərəfdaşlıq Avrasiya qitəsində Qərbin mövqelərinin zəifləməsi ilə müşaiyət olunurdu. Nəticədə Əhmədovun Rusiyanın maraqlarını qorumağa yönəlmiş bütün bu fəaliyyətinin qisasını onun əmlakından almaq istəyirlər.(criminial.az)