Beynəlxalq Tennis Federasiyası (ITF) Rusiyanın 16 yaşlı tennisçisi Elizabet Koklini qadağan olunmuş preparatlardan istifadəyə görə diskvalifikasiya edib.

Unikal.org xəbər verir ki, rusiyalı tennisçi bir il müddətinə müsabiqələrdən kənarlaşdırılıb.

Onun qanında furosemid preparatı tapılıb.Test Türkiyənin İstanbul şəhərində keçirilən turnirdə aparılıb.

Qeyd edək ki, istintaqın nəticələrinə əsasən, Koklinin qadağan olunmuş maddələrdən yararlandığı aşkarlanıb.