Pivənin ləzzətli dadına görə, Çexiya birinci olub. 

Unikal.org-un trend-ə istinadən məlumatına görə, belə bir araşdırmanı pivəsevərlər arasında keçirilən sorğuya əsasən "Skyscanner" aparıb.

Əsasən Rusiyadan olan səyahətçilər belə bir qənaətdə olublar. Onların 44 faizi Çexiya pivəsini bəyənib.

Daha sonra Almaniya 18 faiz səslə ikinci yerdə qərarlaşıb.

Siyahıda digər yerlər isə bu ardıcıllıqla olub: İrlandiya - 6 faiz, İngiltərə 2,3 faiz, Niderland - 1,8 faiz, Şotlandiya və Yaponiya - 1,3 faiz, Meksika və ABŞ - 1 faiz.