Rusiyanın Yaroslavl şəhərində ticarət mərkəzində yanğınla əlaqədar 800 nəfər təxliyə olunub.

Unikal.org-un məlumatına görə, "Vernisaj" ticarət mərkəzində dükanların birində naqillər alışıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının qarşısı qısa müddətdə alınıb.

Qeyd olunur ki, "Vernisaj" Yaroslavlın ən böyük ticarət mərkəzlərindən biridir.