Motosiklet yarışında mübarizə aparan idmançıdan müsahibə almaq istəyən gözəl aparıcı kameraların önündə palçığa bulaşıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Enduro adlı xanım aparıcı motosikletçinin yanına yaxınlaşaraq onun fikirlərini öyrənib, suala cavab verdikdən sonra idmançı motosikleti sürüb gedərkən yolda olan palçıq aparıcının üstünə dağılıb.Hadisənin təsirinə düşən aparıcı təəccübünü gizlədə bilməyib.