23 Avqust 2019
72 otaqlı ev - Azərbaycanda - VİDEO
72 otaqlı ev - Azərbaycanda - VİDEO VİDEO 23:14 2018-04-18

Bir vaxtların şənliklərin bayram tədbirlərinin, tamaşaların təşkil olunduğu 72 otaqlı ev indi sadəcə tarixi tikili kimi qalıb. 

Unikal.org xezerxeber.az-a istinadən bildirir ki, bu evi İsmayıllının Lahıc qəsəbəsində 1823 -cü ildə Girdiman çayının sahilində o dövrün varlı şəxsləri olan Hacı Paşa və Hacı Qurban qardaşları inşa etdirib. Binaya giriş iki tərəfdən mümkündür: Girişin biri Bədəvan məscidi tərəfdən ikincisi Girdiman çayının sol sahili istiqamətindəndir.

Binanı Lahıc camaatı "Hacılar həyəti" də adlandırırlar.

Bu binanın həyətində ibtidai siniflər üçün otaqlar ayrılıb, konsertlər, kütləvi tədbirlər, el şənlikləri də təşkil olunub. Binanın həyətində xalça sexləri də fəaliyyət göstərib.

Hazırda iri və tarixi evin bir hissəsi təmir olunub və binanı tikdirən şəxsin nəslindən olan ailə yaşayır. Digər hissəsinin isə restavrasiyaya ehtiyacı var.