Bu gün saat 12:24-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 14:09-da Daxili İşlər Nazirliyinin -³102-³ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonunun Xanlıqlar kəndi ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan unikal.org-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib.

Ərazidə Ağstafa su anbarının ətrafına baxış keçirilib, 4 ədəd partlamamış hərbi sursat (1 ədəd 85 mm-lik top mərmisi (OF-365A), 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 1 ədəd F-1 əl qumbarası və 1 ədəd PQ-15 raketinin gilizi (NBL-60)) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.