Cəlilabadda məktəbli qız intihar edib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisə rayonun Bayxanlı kəndində qeydə alınıb. Həmin kənd sakini, 2002-ci il təvəllüdlü Aytac Hüseyn qızı Kamranova həyətlərindəki tikilidə özünə aşaraq intihar edib. Onun 10-cu sinif şagirdi olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.