Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Unikal.org xəbər verir ki, siyahıda Azərbaycandan üç məşqçinın adı yer alıb.

Ən yaxşı nəticə Qurban Qurbanova məxsusdur. Millimizin və "Qarabağın baş məşqçisi 1169 xalla 472-ci pillədə yer alıb. Qurbanov ötən həftə ilə müqayisədə 11 pillə irəliləyib.

Siyahıda yer alan digər azərbaycanlı məşqçi isə "Zirənin çalışdırıcıs Ayxan Abbasovdur. O, 217 xalla 972-ci pillədə yer alıb.

"Qəbələnin ukraynalı baş məşqçisi Roman Qriqorçuk isə 255 xalla 926-ci sırada qərarlaşıb. Ayxan Abbasov 10, Roman Qriqorçuk isə 5 pillə irəliləyib.

Qeyd edək ki, cədvələ "Realın baş məşqçisi Zinəddin Zidan başçılıq edir. Onu "Barselonanın çalışdırıcısı Ernesto Valverde və "Qremionun baş məşqçisi Renato Qauço izləyir.(qol.az)