Forbes jurnalının Rusiya üzrə milyarderlər siyahısının ilk onluğunda 4-cü sətiri Azərbaycan əsilli sahibkar Vahid Ələkbərov tutur.

Unikal.org xəbər verir ki, Rusiyaya qarşı sanksiyalara rəğmən ölkənin ən zəngin 200 nəfərinə məxsus ümumi sərvətin dəyəri 25 milyard dollar artaraq 485 milyarda çatıb.

Ölkədə milyarderlərin ümumi sayı da artıb.

Hazırda Rusiyanın 106 milyarderi var. Ötən il isə onların sayı 96 idi.

Rusiyada ən zəngin 200 adamın siyahısını 19,1 milyard dolların sahibi Vladimir Lisinin adı açır.

Reytinqin 4-cü pilləsində Azərbaycan mənşəli Vahid Ələkbərov qərarlaşıb ki, ötən il 6-cı yerdə idi.

Bir il ərzində Lukoil neft şirkəti prezidentinin aktivləri 1,9 mlrd. dollara artaraq 16,4 milyarda çatıb.

Donald Trump və Araz Ağalarov

Milyarderlər klubunun daha bir azərbaycanlı üzvü - Qod Nisanovdur.

Forbes-un dəyərləndirməsinə əsasən, o cümlədən, "Kiyevskaya Ploşad" holdinqinin İdarə Heyətinin sədri 3,3 mlrd. dolların sahibidir.

Məlumata görə, ötən il biznesmen öz sərvətinə 200 milyon dollar əlavə etməyə müvəffəq olub.

Qod Nisanovun biznes partnyoru və həmyerlisi Zarah İliyev də 3,3 mlrd dolların sahibidir.

Ticarət tədbirlərinin təşkili ilə məşğul olan Crocus şirkətinin təsisatçısı Araz Ağalarov rusiyalı milyarderlər sıralamasında 54-cü yeri tutub.

Forbes-un dəyərləndirməsinə görə, onun aktivlərinin ümumi dəyəri 1,8 mlrd dollar təşkil edir.

Vaxtilə Londonda xəzlərin satışı biznesi ilə məşğul olan Fərhad Əhmədov milyarderlər arasında 64-cü yeri tutur.

Onun sərvətinin ümumi dəyəri 1,4 mlrd dollardır.