Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda "Mercedes markalı minik avtomobili beton maneəyə çırpılıb.

Unikal.org nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1972-ci il təvəllüdlü Bağırov Əsəd Ədalət oğlunun sıxılmış vəziyyətdə qalmış meyitini nəqliyyat vasitəsindən çıxarıblar. Meyit aidiyyəti üzrə təhvil verilib.