PSJ-nin baş məşqçisi Unay Emeri yayda komandadan ayrılacağı barədə iddialara cavab verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis xarici mətbuata açıqlamasında deyilənlərin əksinə, heç bir klubla danışıq aparmadığını, PSJ-dəki işinə kökləndiyi söyləyib:

"Nə mən, nə də mənim yerimə başqa biri hansısa klubla görüşməyib. Hazırda PSJ-dəki işimə və əsas məqsədlərimizə köklənmişəm. Bunu açıqca deyirəm.

Xatırladaq ki, Emerinin mövsümün sonunda İspaniya La Liqa təmsilçisi "Real Sosyedada keçəcəyi iddia edilir.

Bir müddət öncə PSJ rəhbərliyinin Çempionlar Liqasının 1/8 final mərhələsində "Reala məğlubiyyətin ardından Emeri ilə yolları ayırmaq qərarına gəldiyi, növbəti mövsümdə onu alman mütəxəssis Tomas Tuxelin əvəz edəcəyi barədə məlumat yayılmışdı.