Qırğızıstan prezidenti Sooronbay Jeenbekov Məhəmmədkalı Abılqaziyevin baş nazir təyin edilməsi barədə sərəncam imzalayıb. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat xidməti xəbər yayıb.

Məlumata görə, sərəncamla həmçinin Nazirlər Kabinetinin üzvləri də təyin edilib.

Qeyd edək ki, aprelin 19-da Qırğızıstan prezidenti Nazirlər Kabinetinə Parlamentin etimad göstərməməsini nəzərə alaraq hökumətin istefaya göndərilməsi barədə sərəncam imzalamışdı.

Belə ki, Qırğızıstan Parlamentinin deputatları baş nazir Sapar İsakovun rəhbərliyi altında Nazirlər Kabinetinə etimadsızlıq ifadə edən sənədin lehinə səs veriblər.

Qərarı 101 deputat dəstəkləyib, 5 nəfər əleyhinə səs verib.