İngiltərə Kubokunda yarımfinal mərhələsinin bir oyunu baş tutub.

Unikal.org-a xəbər verir ki, ilk oyun günündə "Mançester Yunayted "Tottenhem üzərində əzmkar qələbə qazanıb. Görüşdə hesabı London təmsilçisi açsa da, "qırmızı şeytanlar sonda sevinən tərəf olub və finala adlayıb.

Digər finalçının adına "Çelsi - "Sauthempton matçında aydınlıq gələcək.

İngiltərə Kuboku, Yarımfinal

21 aprel

Mançester Yunayted - Tottenhem 2:1

Qol: A.Sançes, 24. A.Herrera, 62 - D.Alli, 11.

22 aprel

18:00. Çelsi - Sauthempton