"Barselonanın və Braziliya millisinin sabiq ulduzu Rivaldo həmyerlisi Neymarın "Reala keçməli olduğunu deyib.

Unikal.org xarici mətbuata istinadən xəbə verir ki, keçmiş hücumçu ölkəsinin mətbuatına açıqlamasında Neymarın hazırkı klubu PSJ-dən ayrılmalı olduğunu bildirib:

"Neymar PSJ-də qaldığı müddətdə "qızıl topu qazanmayacaq. Dünyanın ən yaxşıları İspaniyada oynayır. "Reala getsə, mükafatı qazana bilər. Artıq "Barselonaya qayıtması çətin görünür. Eşitdiyimə görə, "Real Neymarla maraqlanır. Orda dünyanın ən yaxşısı ola bilər. Bunun üçün yaxşı komandada oynamalı, qol vurmalı və komandasını çempion etməlidi.