Rusiya prezidentinin Xəzər dənizi regionu ölkələri ilə humanitar və iqtisadi məsələlərə dair əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Unikal.org-un məlumatına görə, təbrikdə deyilir:
"Zati-aliləri, cənab Prezident. Əziz İlham Heydər oğlu. Xalqınızın yüksək etimadını qazanaraq yenidən dövlət başçısı seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Əliyevlər ailəsi, Prezident İlham Əliyev - Azərbaycan xalqının mühüm rəmzləridir. Siz bütün azərbaycanlılar və Azərbaycanın dostları üçün səriştəlilik, mətanət, iradə və ləyaqət rəmzisiniz. Cənab Prezident, Sizə, ailənizə və bütün Azərbaycan xalqına uğurlar və rifah arzulayıram.