Cənubi Afrika Respublikasında (CAR) futbol üzrə ölkə kubokunun yarımfinal matçında insident baş verib.

Unikal.org xəbər verir ki, "Fri Steyt Starsı qəbul edən "Kayze Çifsin 0:2 hesab ilə uduzması ev sahiblərinin azarkeşlərini qəzəbləndirib.
Meydana hücum çəkən fanatlarla stadion işçiləri arasında dava düşüb. Bundanqorxuya düşən futbolçular paltardəyişmə otağına qaçmalı olublar və polis nəzarəti altında stadionu tərk ediblər.
Polis azarkeşlərin qarşısını almaq üçün səs bombalarından və gözyaşardıcı qazdan istifadə etməli olub. İnsident nəticəsində 18 nəfər xəsarət alıb.

Xoşagəlməz olaydan sonra "Kayzer Çifsin baş məşqçisi Stiv Kompela istefa verib.