Türkiyə böyük millət məclisində parlamentin açılışının 98-ci il dönümü və uşaqlar günü münasibəti ilə keçirilən xüsusi iclasda gərgin anlar yaşanıb.

Unikal.org bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın da iştirak etdiyi iclasda hakim Ədalət və İnkişaf partiyası və Cumhuriyyət Xalq partiyasından olan deputatlar arasında mübahisə düşüb.

Türkiyə prezidenti yaşanan sərt polemikanı "rəzalət" adlandıraraq, iclas zalını tərk edib.

Ərdoğanın ölkədə növbədən kənar prezident və parlament seçkiləri (iyunun 24-də) elan etməsi, müxalifətin etirazlarına səbəb olub. Ərdoğanın sözlərinə görə, bu prezident idarəçilik sisteminə keçid üçün vacib bir addımdır.(oxu.az)