Kanadanın Toronto şəhərində furqonu piyadaların üzərinə sürərək 10 nəfərin ölümünə səbəb olan sürücünün şəxsiyyəti müəyyənləşib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Kanada polisi müəyyən edib ki, 25 yaşlı sürücünün adı Alek Minasyandır və o, Ermənistan vətəndaşıdır.

Sürücü saxlanılan zamanı polisə silahlı müqavimət göstərib.

Hüquq-mühafizə orqanları cinayətin motivləri ilə bağlı hələ ki, heç bir açıqlama vermirlər.

"Reuters" iddia edir ki, baş verən hadisənin əsas versiyası terror aktıdır.

Furqonun Yanq və Finç küçələrinin kəsişməsində insanların üzərinə sürülməsi nəticəsində 10 nəfər ölüb, daha 15-i isə yaralanıb.