Azərbaycanda yeganə qanuni mərc şirkəti olan "Topaz"ın daha bir fırıldağı üzə çıxıb.

Belə ki, Türkiyə Kubokunun yarımfinal matçı çərçivəsində "Fənərbaxça" və "Beşiktaş" komandaları arasında keçirilən yarış üzrə mərc edilib. Bildiyiniz kimi, matç zamanı çıxan qarşıdurma səbəbindən görüş ikinci yarıda yarımçıq dayandırılıb. Bu halda qaydalara görə, mərc edən şəxslərin pulları geri qaytarılmalıdır.

Unikal.org-a daxil olan şikayətdə bildirilir ki, mərc şirkəti pulları geri qaytarmaqdan boyun qaçırırlar. Həmin oyun üzrə pul yatırıb, oyun dayandığı üçün geri almaq istəyən şəxslərə  hər cür bəhanələr uydururlar. Bəhanələrin birində "biz bu matçı 0:0 hesablayırıq cavabını verirlər.

Şikayətçilər isə bildirir ki, qaydalara əsasən oyun təxirə salındığı zaman mərcə qoyulan pul "Topaz" tərəfindən geri qaytarılmalıdır. 

Aygün İlqarqızı