Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən Hüseyn Abdullayev Bakı İstintaq Təcridxanasına köçürülüb.

Unikal.org report-a istinadən xəbər verir ki, hazırda istintaqı davam etdirilən H.Abdullayev Bakı İstintaq Təcridxanasında saxlanılır.

Qeyd edək ki, onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 213.2.2 maddəsi üzrə (külli miqdarda vergidən yayınma) cinayət işi başlanılıb. "İnterpol xətti ilə axtarışda olan "Quska ləqəbli H.Abdullayev Türkiyədə saxlanılıb və Azərbaycana ekstradisiya olunub.