Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına bu gün yekun vurulacaq.

Unikal.org  xəbər verir ki, "Bavariya Münhendə "Realı qonaq edəcək. Son 2 mövsümdə Çempionlar Liqasının qalibi olan kral klubu uğurunu daha bir rekdordla bərkitmək istəyir.

Almanlar isə ötən mövsümkü uğursuzluğu finala çıxmaqla unutdurmaq istəyirlər. Xatırladaq ki, Münhen klubu sonuncu dəfə məhz hazırkı baş məşqçi Yupp Haynkesin rəhbərliyi altında qitənin ən mötəbər klub turnirini qazanıb.25 aprel

Çempionlar Liqası, yarımfinalın ilk oyunu

22:45."Bavariya" (Almaniya) - "Real" (İspaniya)

Baş hakim: Kuipers B. (Hollandiya)

Münhen. "Allianz Arena"