Xaçmaz rayonu ərazində yanğın baş verib.

Unikal.org apa-ya istnadən rayonun Sərkərli kəndində işlək vəziyyətdə olmayan, ümumi sahəsi 1000 kvadratmetr olan soyuducu anbarı 100 kvadratmetr sahədə yanıb. Əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb və daha geniş əraziyə keçməsinin qarşısı alınıb.