Qusar Rayon Polis Şöbəsinin Samur Polis Bölməsinə ərizə ilə müraciət edən Düztahir kənd sakini Şaiq Həbibov, gecə saatlarında ona məxsuz torpaq sahəsindən 800 metr plastik borunun oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan unikal.org-a verilən məlumata görə, Samur PB-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğruluğu törətməkdə şübhəli bilinən Yasab-oba kənd sakini Tofiq Aslanov saxlanılaraq bölməyə gətirilib. 

Dindirilmə zamanı o törətdiyi oğruluq hadisəsini etiraf edib. Faktlarla bağlı araşdırmalar aparılır.