Slovakiyada 2000-ci il təvəllüdlü futbolçulardan ibarət yığma komandalar arasına beynəlxalq turnir mayın 7-də start götürəcək. Turnir ayın 11-dək davam edəcək.  "Slovakia Cup 2018 turnirində Azərbaycan U-19 yığması çıxış edəcək.

Unikal.org xəbər verir ki, 8 komandanın qatılacağı yarışda Slovakiya, Uels, Macarıstan, ABŞ, Çexiya, Ukrayna və Qazaxıstan yığmaları da mübarizə aparacaq.

Azərbaycan yığması meydan sahibləri, Uels və Macarıstanla birgə A qrupunda yer alıb:

A qrupu: Azərbaycan, Slovakiya, Uels, Macarıstan

B qrupu: ABŞ, Çexiya, Ukrayna, Qazaxıstan

7 may, saat 14:00

Azərbaycan - Macarıstan

8 may, saat 14:00 (Bakı vaxtı ilə)

Azərbaycan - Uels

10 may, saat 14:00 (Bakı vaxtı ilə)

Slovakiya - Azərbaycan