PHP Scriptler dizi izle iptv Warez Mavi Orkide Mavi orkide Beyaz orkide Seyf oğurlayan şəxslər saxlanıldı - Unikal.org
18 Fevral 2019
17 Fevral 2019
Seyf oğurlayan şəxslər saxlanıldı
Seyf oğurlayan şəxslər saxlanıldı KRİMİNAL 16:05 2018-04-26

Sabunçuda inzibati binadan seyf oğurlanıb.

DİN-dən unikal.org-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə rayon ərazisindəki inzibati binaların birindən 3 ədəd notbuk və içərisində 2275 manat pul olan seyfin oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və cinayəti törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən edilib.

13-cü Polis Bölməsi və Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Əli Hüseynov və Vüsal Kərimli saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.