Əməkdar artist Nahidə Orucova "Səhər-səhər proqramında maraqlı açıqlama ilə tamaşaçıları təəccübləndirib. 

Unikal.org xəbər verir ki, verilişdə aparıcı Elgiz Əkbər "Mən istəyirəm sizin gənclik sevginiz olan şəxsin oğlunu dəvət edim. Bildiyim qədər indi də sevirsiniz onu deyə aktrisaya müraciət edib. Əməkdar artist Elgizin sözlərini təsdiq edib:

"Mən Ramiz Novruzun həyat yoldaşı rolunu oynamışdım. Ancaq dedim ki, ay Allah, doğurdan da bu həyatda olardı, heyif. O, Xoşavaz xanımı seçdi.