Bu gün Koreya Respublikasının prezidenti Mun Ce-in ilə Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In arasında tarixi görüşün birinci mərhələsi başa çatıb.

Unikal.org xarici KİV-lərə istinadən xəbər verir ki, KXDR lideri Kim Çen In və onu müşayiət edən nümayəndə heyəti iki ölkə arasında demilitarizasiya zonasında yerləşən Panmuncom qəsəbəsinin Cənubi Koreya hissəsindəki "Sülh sarayında keçirilən görüş üçün cənub tərəfə keçiblər. Bu, 1950-1953-cü illər Koreya müharibəsindən sonra Şimali Koreya liderinin cənub ərazisinə ilk səfəridir.

Danışıqlar zamanı tərəflər Şimal və Cənubun əlaqələrinin yaxşılaşdırılmasını, sülhü və birləşmənin perspektivlərini müzakirə ediblər.