Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərov özünə yeni klub tapıb.

Unikal.org xəbər verir ki, o, yenə karyerasını Latviyada davam etdirəcək.

Belə ki, azərbaycanlı forvard yeni mövsümdən Latviya birinci Liqasında mübarizə aparan "Dauqavpils/Proqress komandasında çıxış edəcək. Artıq sözügedən çempionatda yeni mövsümə start verilib və ilk turun oyunları keçirilib. "Dauqavpils doğma meydanda "Supernova ilə qarşılaşıb və 3:0 hesabıyla qalib gəlib.

Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə əvəzlənib. Komandasının sonuncu qolunu da 63-cü dəqiqədə məhz Əsgərov vurub.

Xatırladaq ki, Vüqar Əsgərov ötən mövsümü "Olaynedə keçirib. Onun komandası hətta elitaya çıxmağa çox yaxın olsa da, son anda pley-offda uduzaraq, bu şansı boşa vermişdi. Vüqar isə mövsümü 21 qolla başa vurmuşdu.