Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2018 turniri davam edir. 

Unikal.org-un məlumatın görə, yarışda bu gün VIII turun oyunları keçirilib.

Yığmamızın lideri Şəhriyar Məmmədyarov çexiyalı David Navara ilə qarşılaşıb. "Şah ağ fiqurlarla uğursuzluq zolağından çıxmağa nail olub və rəqibinə qalib gəlib.
Teymur Rəcəbov da bu tur "ağlarla oynayıb. O, rusiyalı rəqibi Sergey Karyakinlə "sülh" bağlayıb.
Millimizin digər üzvü Rauf Məmmədov isə çinli Dinq Lirenə məğlub olub.