"Real yayda heyətdə islahatlar aparmaq niyyətindədir.

Unikal.org xəbər verir ki, "kral klubunun transfer siyahısında xeyli futbolçu var. "Real "Mançester Sitinin də futbolçularına göz dikib.

Komandanın transfer siyahısında "şəhərlilərin 4 futbolçusunun adı var. Onlardan 3-ü yarımmüdafiəçi, biri isə müdafiəçidi. Madridlilər Kevin de Bruyne, Rahim Sterlinq, Leroy Sane və Con Stounza maraq göstərirlər.

Məlumata görə, "Realın nümayəndələri bu futbolçuların agentləri ilə təmas qurublar.