PSJ mövsümün sonunda "Arsenalı tərk edəcək Arsen Vengerə klubda vəzifə təklif edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, PSJ-nin sahibi Naser Əl-Xələfi Vengerlə dostluq edir. O, fransız mütəxəssisin xidmətindən klub idarəçiliyində yararlanmaq istəyir.

PSJ-ni gələn mövsümdən Tomas Tuxel çalışdıracaq. Rəhbərlik Vengeri baş məşqçi ilə klub rəsmiləri arasında əlaqələndirici kimi görmək istəyir. Ona görə də, Vengerə idman direktoru postu təklif olunub.

Məlumata görə, Arsen bu təklifi qəbul etmək niyyətində deyil. O, məşqçi karyerasını davam etdirməyi düşünür.