"Kəpəzin düşərgəsində xoşagəlməz hadisə baş verib. Son vaxtlar qalmaqalların səngimədiyi Gəncə klubunda bu dəfə "diqqət mərkəzinə Dieqo Souza düşüb.

Unikal.org futbolpress.az-a istinadən xəbər verir ki, "Kəpəzə gəlişindən bəri istənilən səviyyədə çıxış etmədiyinə görə tənqid olunan baziliyalı spirtli içkiyə görə problem yaşayıb. Gecə yaxşıca əylənən və alkoqola sərhəd qoymayan Dieqo bunun acısını ertəsi gün yaşayıb.

İki gün öncə zədəsinə görə klubun həkiminə gedən futbolçunun spirtli içkilərin təsirindən hətta ürəyi də gedib. Ancaq xoşbəxtlikdən braziliyalını birtəhər özünə gətirmək mümkün olub. Dieqonun belə intizamsızlığına görə cəzalanacağı gözlənilir. 

Məsələ ilə bağlı Gəncə klubunun baş məşqçisi Yunis Hüseynovla əlaqə saxladıq. Unikal.org-a danışan baş məşqçi futbolçunun həkimi ilə əlaqə saxladıqlarını bildirib: 

"Tamamı ilə yalan söhbətdir. Dieqo hazırda Bakıdadır. Ayağındakı zədəyə görə müalicə alır. Biz isə indi "Qəbələ" ilə oyuna yollanırıq. Bu xəbərdən sonra onun özü ilə əlaqə saxladıq. Belə bir halın baş vermədiyini dedi. 

Həmçinin onun həkimləriylə də danışdıq. Onlar da xəbəri yalan olduğunu, elə bir şeyin baş vermədiyini bildirdilər. O dizindən aldığı zədənin müalicəsini davam etdirir". 

Qış fasiləsində "Kəpəz"ə cəlb olunan Souza Gəncə klubunda 7 oyun keçirib

Aygün İlqarqızı