Türkiyəli müğənni İbrahim Tatlısəs 26 il sonra qəbul etdiyi qızı Dilan Çıtakın səhnə fəaliyyəti ilə bağlı qərar verib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tatlısəs mayın 13-də, Taksimdə bir klubda səhnəyə çıxmağa hazırlaşan qızına qadağa qoyub.Belə ki, sənətçinin meneceri "Dilanın bütün haqlarını atası aldı. Albom çıxana qədər heç bir məkanda səhnəyə çıxmayacaq" deyərək konserti ləğv edib.