"Ferrari komandasının pilotu Sebastyan Fettel "Formula1 üzrə Azərbaycan Qran Prisinin sıralama turunda birinci olub.

Unikal.org-un məlumatına görə, "üçlüyü "Mercedesin sürücüləri qapayıblar.

Lüis Hemilton ikinci, Valtteri Bottas isə üçüncü olub.

Qeyd edək ki, aprelin 29-da saat 14:40 - 15:10-da pilotların trek paradı keçiriləcək. Saat 15:56-da Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək. Saat 16:10-da isə "Formula1 üzrə 2018-ci il Azərbaycan Qran-prisinə start veriləcək. Yarış 51 dövrə və ya 120 dəqiqəni əhatə edəcək.