Berlində yaşayan və oğlan olaraq dünyaya gələn İvana Vladislava son görünüşü ilə hamını heyran edib.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, 11 yaşından hormonal dərmanlar qəbul edən, eyni zamanda əməliyyatla özünü qadına çevirən İvana bununla da kifayətlənməyib.

26 yaşlı Vladislava 16 əməliyyat keçirərək özünü "Barbie gəlinciyinə bənzədib.

İlk burun əməliyyatını 17 yaşında edən İvana, daha sonra 10 liposakşn, sinə büyütmə, 5 burun düzəltmə, çənə əməliyyatı, qaş və kiprik, alın estetik əməliyyatı üçün də bıçaq altına yatıb.

Bundan sonra da əməliyyat olunmağı düşünən Vladislava bu günə qədər 150 min dollar (təxminən 300 min AZN) xərclədiyini deyib.