17 yaşadək qızlardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib.

Unikal.org  Apasport.az saytına istinadən xəbər verir ki, yığmamız Rusiyanın U-16 komandası ilə qarşılaşıb.

 "Dalğa Arenada baş tutan matçın taleyini 1 qol həll edib. Belə ki, Siyasət Əsgərovun yetirmələri rəqibinə 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk oyunda ruslar 2:0 hesablı qələbə qazanmışdı.